26 
Yan
2021
04:00
17
92
2991
Virtual karabakh

Koronavirusdan sonra dadbilmə və iybilməni qaytarmaq üçün məşqlər açıqlanıb

26 Yan, 2021
04:00
2991

Koronavirusdan sonra dadbilmə və iybilməni qaytarmaq üçün məşqlər açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusa yoluxanda dadbilmə və iybilmə ilə bağlı problemlərin yaranma səbəbləri hələ tam müəyyənləşməyib. Bir fərziyyəyə görə ağız suyunun tərkibi pozulur. Bu səbəbdən dadbilmə reseptorlarında problemlər yaranır. Başqa bir nəzəriyyəyə görə reseptorların özləri zədələnir, buna görə yalnız dadbilmə yox, həm də iybilmə itir.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı nevroloq, neyrofizioloq Aleksandr Budik bildirib.

Onun sözlərinə görə, bəzi hallarda pasiyentlər hətta sağaldıqdan sonra bir neçə ay bundan əziyyət çəkirlər.

Həkim sözügedən fəsadın aradan qalxması üçün xüsusi məşqlər məsləhət görüb. Belə ki, gündə bir neçə dəfə 20 saniyə ərzində müxtəlif qoxuları qəbul etmək lazımdır. Bu, orqanların aktiv işləməsini təmin etmək üçün mixək və ya darçın kimi güclü aromatlar ola bilər.

Həkim həmçinin bir həftə ərzində “A” vitamini məhlulunun buruna damlatmağı və “Omeqa-3” istehlakını tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, bu tövsiyələr həyata keçiriləcəyi təqdirdə paralel olaraq dadbilmə də bərpa olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri