26 
Yan
2021
01:09
119
13
1486
Virtual karabakh

ABŞ-da beş nəfəri öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb

26 Yan, 2021
01:09
1486

ABŞ-da beş nəfəri öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın İndianapolis şəhərində hüquq-mühafizə orqanları beş nəfəri öldürməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxsi həbs edib.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə şəhərin polis idarəsindən məlumat verilib.

Qeyd olunur ki, ötən gün İndianapolisdə bir nəfər hamilə qadın da daxil olmaqla beş nəfər güllələnib.

Cinayət hadisəsi ictimaiyyət və mətbuatda böyük rezonansa səbəb olub.

Bildirilir ki, saxlanılan şəxsin adı onun yetkinlik yaşına çatmaması səbəbindən açıqlanmır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri