26 
Yan
2021
09:48
32
116
1181
Virtual karabakh

ABŞ-da koronavirusun daha sürətlə yayılan ştammı tapıldı

26 Yan, 2021
09:48
1181

ABŞ-da koronavirusun daha sürətlə yayılan ştammı tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Minnesota ştatının vətəndaşında koronavirusun ilk dəfə Braziliyada müşahidə edilən, P.1 adlandırılan daha yoluxucu ştammına rast gəlinib.

“Anadolu” agentliyi ştatın Səhiyyə Departamentinə istinadən xəbər verir ki, Braziliyaya səfərə gedən şəxsdə tapılan virus ştatdakı ümumi yoxlama zamanı aşkarlanıb.

Bildirilir ki, COVID-19-a qarşı görülən tədbirlər nəticəsində müəyyən edilən növ nəzarətə alınacaq.

Ölkədə sözügedən virusun Cənubi Afrika ştammına bənzədiyi və peyvəndə qarşı daha dayanıqlı ola biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.

Qeyd edək ki, ABŞ-ın “Moderna” şirkəti koronavirusun yeni ştammına qarşı təsirli olacaq peyvəndi iki aya hazırlayacaqlarını açıqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri