27 
Yan
2021
05:30
47
209
1154
Virtual karabakh

Baydeni ABŞ əhalisinin 60 faizindən çoxu dəstəkləyir - SORĞU

27 Yan, 2021
05:30
1154

Baydeni ABŞ əhalisinin 60 faizindən çoxu dəstəkləyir - SORĞU

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ əhalisinin 60 faizindən çoxu Co Baydenin prezidentliyinin ilk günlərindəki fəaliyyətini müsbət qiymətləndirir.

Bu, “The Hill” nəşrinin “HarrisX” şirkəti ilə birgə keçirdiyi sorğu nəticəsində bəlli olub.

Belə ki, respondentlərin 63 faizi Baydenin prezident postunda fəaliyyətini dəstəkləyib.

Bununla yanaşı, sorğuda iştirak edən demokratların 94 faizi C.Baydeni dəstəklədiyini qeyd edib. Respublikaçıların 70 faizindən çoxu isə yeni dövlət başçısının işinə mənfi yanaşıb.

Respondentlər həmçinin C.Baydenin fəaliyyətinin müəyyən aspektlərinə də qiymət verib.

Məsələn, yeni liderin beynəlxalq məsələlərdəki fəaliyyətini 60 faiz sorğu iştirakçısı dəstəkləyib. Koronavirusa qarşı mübarizə sahəsində isə sözügedən göstərici 69 faiz olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri