27 
Yan
2021
08:30
117
14
2382
Virtual karabakh

İnsanı koronavirusdan ölməkdən xilas edən molekullar kəşf olunub

27 Yan, 2021
08:30
2382

İnsanı koronavirusdan ölməkdən xilas edən molekullar kəşf olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Monaş Universitetinin alimləri COVID-19 ilə əlaqəli astma və ağciyər funksiyası pozğunluqları ilə mübarizə edə biləcək iki molekul kəşf ediblər.

Lenta.ru-nun məlumatına görə, bu barədə “Nature Immunology” jurnalında dərc olunan məqalədə bildirilib.

Molekulların effektivliyi Kəskin Respirator Distress Sindromundan (KRDS) əziyyət çəkən heyvan modellərində sübut olunub.

Qeyd edək ki, KRDS - tənəffüs çatışmazlığı ilə xarakterizə olunan xəstəlikdir və koronavirus infeksiyasından ölüm səbəblərindən biri sayılır.

Hesab olunur ki, sözügedən molekullar yoluxmuş insanlar üçün mümkün xilasedici ola bilər.

Alimlər bu məlumatların koronavirusla mübarizə üçün daha effektiv və yan təsirləri olmayan preparat hazırlamağa yardım edəcəyini düşünürlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri