27 
Yan
2021
02:40
152
31
2436
Virtual karabakh

Rusiyalı alimlərdən yenilik: İstifadə olunan qoruyucu maskaları tikinti materiallarına çevirəcəklər

27 Yan, 2021
02:40
2436

Rusiyalı alimlərdən yenilik: İstifadə olunan qoruyucu maskaları tikinti materiallarına çevirəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Sibir ərazisində alimlər istifadə olunan qoruyucu maskaları tikinti materiallarına çevirməyi planlaşdırırlar.

Tibbi maskalar olduqca təhlükəli tullantıdır, uzun müddət çürüyürlər və bundan da pisi, özləri də virus mənbəyidir.

Bu barədə fizika-riyaziyyat elmləri namizədi Lyudmila Perepecko “Kuzbass”a açıqlayıb:

“Onlar 50-200 il müddətinə çürüyən sintetik maddələrdən hazırlanır. Bundan əlavə, onlar özlərində COVID-i və insanların nəfəsi ilə buraxılan digər virusları toplayaraq ətraf mühiti çirkləndirirlər”.

Alimlər istifadə olunan maskaları məhv etmək üçün elektroplazma sobası istifadə etməyi planlaşdırırlar. İnstitutda qurulan qurğuda maskalar qəbulediciyə buraxılır və plazma qazlaşdırılmasından keçir. Nəticədə əldə edilən məsələn, tikintidə istifadə edilə bilən artıq təhlükəsiz şlak və sintez qaz əldə edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri