26 
Yan
2021
13:48
52
144
932
yuxarı
Taliban nümayəndələri İrana getdi: Əfqanıstanda sülh prosesi müzakirə ediləcək
Taliban Siyasi Ofisinin rəhbəri Molla Abdulqani Beraderin rəhbərlik etdiyi nümayəndə heyəti İran Xarici İşlər Nazirliyinin (XİN) dəvəti ilə Tehrana gəlib.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə İran XİN sözçüsü Səid Xətibzadə bildirib.
S.Xətibzadə qeyd edib ki, Taliban heyəti Xarici İşlər naziri Məhəmməd Cavad Zərif başda olmaqla digər İran rəsmiləri ilə görüşəcək.
Onlar Əfqanıstandakı sülh prosesi və əlaqəli mövzular ətrafında fikir mübadiləsi və məsləhətləşmələr aparacaqlar.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək