26 
Yan
2021
15:42
220
10
1989
Virtual karabakh

Ermənistan Avropa İttifaqının imtina etdiyi “AstraZeneca” vaksinini alır

Bir həftə əvvəl Ermənistan Səhiyyə Nazirliyinin COVID-19-a qarşı vaksini “AstraZeneca” şirkətindən əldə etmək istədiyi məlum olub.

Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb.

“Britaniyanın “AstraZeneca” şirkətindən COVID-19-a qarşı vaksin almaq barədə qərar qəbul edilib. Sakinlərin üç faizi vaksinasiyadan keçəcək. Birinci mərhələdə qocalar evlərinin sakinləri və əməkdaşlarına, tibb işçilərinə, sosial mərkəzlərdə çalışanlara, 65 yaşdan yuxarılara, xroniki xəstəlikləri olan 16-64 yaşlı insanlara peyvənd vurulacaq”, - deyə bildirilib.

Beləliklə, Ermənistan yaşlı nəsli məhz “AstraZeneca” ilə peyvəndləməyə qərar verib. Qeyd etmək yerinə düşər ki, Ermənistan Səhiyyə Nazirliyinin qərarından bir həftə sonra Almaniya və onunla birlikdə bütün Avropa İttifaqı bu peyvənddən imtina edib. Səbəbi isə “AstraZeneca”nın 65 yaşdan yuxarı olan insanlar üçün son dərəcə təsirsiz olduğunun sübuta yetməsi olub.

Almaniyanın məlumatlı KİV-ləri bildiriblər ki, AFR hökuməti yaşlılar üçün peyvəndin səmərəliliyinin ən yaxşı halda yalnız 10% olduğunu düşünür.

Jurnalistlər, həmçinin dövlət mənbələrindən öyrəniblər ki, Aİ-də bu peyvənd sözügedən yaş qrupu üçün təsdiqlənməyəcək.

Deməli, Ermənistan ölkənin yaşlı sakinlərini avropalıların özlərinin də rədd etdikləri təsirsiz peyvəndlə vaksinasiyadan keçirəcək.

Beləliklə, yaxın gələcəkdə Ermənistan hökuməti “AstraZeneca”nın alınması ilə bağlı qərar qəbul edərkən əlində rəhbər tutduğu motivlər barədə xoşagəlməz sualları cavablandırmalı olacaq.

İndi isə Ermənistan hökumətinin bu cür məsuliyyətsiz qərarının arxasında nəyin durduğunu, yəni hansı səbəbdən Avropadan qəsdən ucuz qiymətə “əczaçılıq zibilləri” almağa çalışdığını müəyyən etmək qalır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri