26 
Yan
2021
15:18
188
34
1869
yuxarı
ABŞ-da dağıdıcı tornado qeydə alınıb - VİDEO
ABŞ-ın Alabama ştatında dağıdıcı tornado qeydə alınıb.
Bu barədə ölkənin “ABC news” telekanalı məlumat verib.
Hadisə gecə saatlarında baş verib. Güclü külək burulğanı nəticəsində bir sıra evlər qismən və ya tamamilə dağıdılıb, ağaclar köklərindən çıxaraq ətrafdakı avtomobillərin və yaxınlıqdakı kommunikasiya xətlərinin üzərinə düşüb.
Fultondeyl şəhərində hotel binasına ciddi zərər dəyib.
Hazırda hadisə yerində xilasedicilər çalışır. Əhali arasında tələfatlar barədə məlumat yoxdur.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək