26 
Yan
2021
15:30
160
101
3371
Virtual karabakh

Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış, uçuşlar dayandırıldı- VİDEO

26 Yan, 2021
15:30
3371

Səudiyyə Ərəbistanının paytaxtında güclü partlayış, uçuşlar dayandırıldı- VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda güclü partlayış olub.

“Reuters” xəbər verir ki, partlayış səsi hava limanının yaxınlığında eşidilib.

Partlayışın səbəbi məlum deyil, itki və tələfatlar barədə məlumat verilmir.

Sosial şəbəkələrdə şəhərin səmasında raket atılması ilə bağlı videolar paylaşılır.

Hökumət rəsmiləri hadisələrdən sonra heç bir açıqlama verməsə də, “Al Arabiya”nın Baş redaktoru Muhammed Halid Elyahya ölkənin hava hücumundan müdafiə sistemlərinin paytaxtı hədəf alan bir raketi zərərsizləşdirdiyini iddia edib.

Ər-Riyad hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri