28 
Yan
2021
06:25
82
151
1716
Virtual karabakh

ABŞ Ordusundakı qadınlara dodaqlarını boyamaq izni veriləcək

28 Yan, 2021
06:25
1716

ABŞ Ordusundakı qadınlara dodaqlarını boyamaq izni veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Quru Qoşunları xidmət edənlərin xarici görünüşünə dair tələbləri dəyişdirəcək.

Bu barədə “The Hill” xəbər yayıb.

Bundan sonra ABŞ Ordusundakı qadınlara saçlarını uzun quyruqlarla yığmağa, çox qısa saç kəsimlərinə, sırğa taxmağa, dodaqlarını boyamağa və dırnaq boyasından istifadəyə icazə veriləcək.

Dəyişikliklər əsasən qadın hərbi qulluqçulardan ibarət olan müxtəlif komissiyaların tövsiyələrinə əsaslanır.

“Bərabərlik, inklyuzivlik və müxtəliflik ordunun hazırlığı üçün vacibdir, çünki hər təbəqədən olan əsgərlərimiz var... Biz onları təmsil etməliyik, buna görə ordu siyasətimiz bərabərliyi və əhatəliliyi təşviq etməlidir”, - deyə general-leytenant Qari Brito tələblərin dəyişdirilməsi ilə bağlı münasibət bildirərkən deyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri