27 
Yan
2021
13:54
246
468
2316
Virtual karabakh

Moskvada bu gündən gecə əyləncə həyatı bərpa olunur

27 Yan, 2021
13:54
2316

Moskvada bu gündən gecə əyləncə həyatı bərpa olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya paytaxtının rəhbərliyi bu gündən etibarən iaşə müəssisələrinin, klubların, diskotekaların və digər əyləncə təşkilatlarının gecə işinə qoyulan məhdudiyyəti ləğv edib.

“Zvezda”nın məlumatına görə, bu barədə Moskva meri Sergey Sobyanin özünün bloqunda məlumat verib.

Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gecə məkanlarının “Rospotrebnadzor” (Rusiya Federasiyasının İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti) tərəfindən təsis edilmiş sanitar-epidemioloji rejimə və müştərilərin yerləşdirilmə tələblərinə riayət etmək məcburiyyətində qaldıqları vurğulanıb.

S.Sobyaninin sözlərinə görə, fevralın 6-na qədər Təhsil və Elm Nazirliyi ilə ali məktəblərdə tədrisin yeni formatı barədə də qərar veriləcək.

Bundan başqa Moskvada işçilərin ən azı 30% -nin uzaqdan iş rejiminə keçirilməsi tələbi ləğv edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri