28 
Yan
2021
06:55
27
215
9518
Virtual karabakh

İntim fotolarda özünü tanımayan qadın qısqanclıqdan ərini bıçaqladı - FOTO

28 Yan, 2021
06:55
9518

İntim fotolarda özünü tanımayan qadın qısqanclıqdan ərini bıçaqladı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ərinin telefonunda intim şəkillər tapan qadın qısqanclıqdan onu bıçaqlayıb. Bu o qədər sürətli baş verib ki, kişi telefondakı qadının əslində elə onun özü olduğunu deməyə imkan tapmayıb.

“New York Daily News”un məlumatına görə, hadisə Meksikada baş verib.

Bildirilir ki, şəkillər bir neçə il əvvəl çəkilib. Maraqlıdır ki, görüntüləri elə qadının özü elektron poçt vasitəsilə ərinə göndərib. Arxivləri araşdırarkən kişi bu məktubu tapıb və şəkilləri telefonuna yükləyib.

Kişi bir neçə bıçaq zərbəsi aldıqdan sonra birtəhər arvadını tərksilah etməyi bacarıb. O, qadını sakitləşdirərək hər şeyi izah edib.

Davanın səsini eşidən qonşular isə bu müddətdə təcili yardım və polis çağırıblar.

Qadın saxlanılıb. O, məişət zorakılığında ittiham olunur.

Polisə ifadə verən qadın bildirib ki, kadrlarda ərinin “daha gənc və gözəl qadınla” olduğunu gördükdə, qısqanclıqdan “gözü kor olub” və ərini bıçaqlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri