29 
Yan
2021
06:00
31
139
3163
Virtual karabakh

Miçiqan ştatının qubernatorunu qaçırmaq istəyən şəxs ömürlük həbs edilə bilər - FOTO

29 Yan, 2021
06:00
3163

Miçiqan ştatının qubernatorunu qaçırmaq istəyən şəxs ömürlük həbs edilə bilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da Miçiqan ştatının qubernatoru Gretçen Uitmeri qaçırmağı planlaşdıran şəxs təqsirini etiraf edib.

Bu barədə CNN xəbər verir.

Söhbət 25 yaşlı Tayy Qarbindən gedir. Onu ömürlük həbs cəzası gözləyir.

Eyni zamanda, Qarbin ortaq olduğu iddia edilən beş nəfərin məsuliyyətə cəlb edilməsi üçün istintaqla əməkdaşlığı qəbul edib. Bunun əvəzində prokurorluq onun üçün daha az müddətə cəza istəməyə hazır olduğunu təsdiqləyib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında prokurorluq sözügedən məhkəmə işi ilə əlaqədar Miçiqanın altı sakininə ittiham irəli sürmüşdü.

FTB-yə görə bir qrup ekstremist ABŞ-ın bir neçə ştatının hökumətini devirməyi planlaşdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri