28 
Yan
2021
17:36
464
29
1227
Virtual karabakh

Ərdoğandan: “Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir”

28 Yan, 2021
17:36
1227

Ərdoğandan: “Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin üç yeni peyvənd istehsalına başladığını açıqlayıb.

“Haber Global” məlumat verir ki, bu barədə o, TÜBİTAK və TÜBA Elmi Mükafatları Mərasimində deyib.

“Hazırda üç yeni peyvəndimiz test mərhələsinə başlamaq üzrədir. İnaktiv metodla daha təsirli olmaq üçün bir peyvənd üzərində çalışmağa da davam edirik. Şirkətlərimizi yerli və milli istehsalla bağlı səfərbər etmişik”.

O qeyd edib ki, ÜST-ün məlumatlarına görə, Türkiyə pandemiya boyu ABŞ və Çindən sonra ən çox peyvənd layihəsi həyata keçirən üçüncü ölkədir:

“İnşallah öz peyvəndini hazırlayan, inkişaf etdirən və ixrac edən ölkə kimi beynəlxalq arenada əhəmiyyətli oyunçu olacağıq”.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri