29 
Yan
2021
00:10
29
377
8740
Virtual karabakh

ÜST: 75% ölümcül virus yeni pandemiyaya səbəb ola bilər

29 Yan, 2021
00:10
8740

ÜST: 75% ölümcül virus yeni pandemiyaya səbəb ola bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatı “Nipah” (NiV) adlı yeni virusun dünyada növbəti pandemiyaya səbə ola biləcəyi barədə xəbərdarlıq edib.

“The Guardian” nəşrinin məlumatına görə yeni virusdan ölüm ehtimalı 40-75% arasında dəyişir. İnfeksiya çox sürətlə yayılır.

NiV virusu ilk dəfə 1999-cu ildə Malayziyada aşkar olunub. Donuzçuluqla məşğul olan fermerlər arasında rast gəlinən bu xəstəlik artıq 12 dəfə Cənubi Asiyada lokal epidemiyaya səbəb olub.

Xəstəlik əlamətsiz keçir. Onun müalicəsi isə hələlik mümkün deyil. Virus xəstə heyvanlardan, yaxud da onların toxunduğu meyvələrdən insana ötürülür.

Odur ki, ÜST ekspertləri meyvələri daha diqqətlə yumağı məsləhət görürlər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri