Fev
2021
23:19
35
186
3341
Virtual karabakh

Əli baltalı kişi ticarət mərkəzinə girərək, müəssisəni yandırdı – ANBAAN VİDEO

2 Fev, 2021
23:19
3341

Əli baltalı kişi ticarət mərkəzinə girərək, müəssisəni yandırdı – ANBAAN VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Nikolayev vilayətində bir kişi ticarət kompleksini yandırıb.

“Xarkov Life” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, Pervomaysk şəhərində əlində bıçaq və balta olan 37 yaşlı kişi “Episentr” ticarət kompleksinə girib. O, birbaşa boya şöbəsinə gedərək, tezalışan mayeləri dağıtmağa başlayıb. Mühafizəçi mane olmaq istəsə də, kişi balta ilə onu vurub.

Bu arada müəssisə alovlara bürünüb.

Məlumata görə, artıq yanğın söndürülüb, ziyarətçilər və işçilər arasında zərərçəkən olmayıb. Kişi saxlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri