Fev
2021
09:48
21
314
2792
Virtual karabakh

Üç dəfə xərçəngə qalib gələn yeniyetmə COVID-19-un qurbanı oldu

3 Fev, 2021
09:48
2792

Üç dəfə xərçəngə qalib gələn yeniyetmə COVID-19-un qurbanı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Kanzas-Siti şəhərdən olan məktəbli xərçəngə üç dəfə qalib gəlsə də COVID-19 virusunun qurbanı olub.

Bu barədə “10 WAVY” agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, hələ dörd yaşı olanda həkimlər Espen Deke adlı yeniyetməyə kəskin limfoblast leykoz diaqnozu qoyublar.

Dörd il kimyəvi terapiya və sümük iliyi nəqlindən sonra E.Deke onkoloji xəstəliyə qalib gəlib.

Bu müddət ərzində davam edən müalicədə yeniyetmə qız xərçəngin üç fərqli növünü ilə mübarizə aparmalı olub.

E. Deke koronavirusa 17 yaşında yoluxub.

Onun səhhəti sürətlə pisləşib. Təxminən bir ay yarım reanimasiyada yatandan sonra o, ağ ciyərin zədələnməsi nəticəsində vəfat edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri