Fev
2021
05:10
20
135
1793
Virtual karabakh

ABŞ vizası üçün müraciət edənlər üç il növbədə gözləyə bilər

4 Fev, 2021
05:10
1793

ABŞ vizası üçün müraciət edənlər üç il növbədə gözləyə bilər

ABŞ-ın eks-prezidenti Donald Tramp tərəfindən viza müraciətlərinə tətbiq olunan məhdudiyyətlər və koronavirus pandemiyası səbəbindən Birləşmiş Ştatlara giriş icazəsinin alınması xeyli çətinləşib.

“The New York Times” nəşrinin Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, viza məsələlərində vəziyyətin normallaşması bir neçə il çəkə bilər. Belə ki, hazırda birinci dərəcəli ailə üzvləri üçün viza növbəsində 380 min müraciət var.

“Əslində bu, elə də böyük rəqəm deyil. Əvvəllər hər il 500 min belə müraciətə baxılırdı. Lakin Tramp dövründəki məhdudiyyətlərdən sonra bu rəqəm dəfələrlə aşağı düşüb. İndi müraciətinizə baxılması 2-3 il çəkə bilər”, - deyə məlumatda bildirilir.  

Qeyd olunur ki, ABŞ-da toplanan viza rüsumlarının ümumi həcmində də az qala 50%-lik azalma baş verib. İllik 3 milyard dollardan çox olan bu rəqəm 2020-ci ildə 1.4 milyar dollar azalıb.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri