Fev
2021
16:15
232
24
2362
Virtual karabakh

Kanadalı pensiyaçının qar üzərindəki “sənət əsərləri” - VİDEO

7 Fev, 2021
16:15
2362

Kanadalı pensiyaçının qar üzərindəki “sənət əsərləri” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadanın Ontario əyalətindəki Şrayber şəhərciyi yaxınlığındakı qarlı sahələrdə qəribə həndəsi fiqurlar formasında naxışlar peyda olub.

"Komsomolskaya pravda" nəşrinin məlumatına görə, son bir neçə həftə ərzində dronla çəkilmiş görüntülərdə həmin naxışları aydın şəkildə izləmək mümkündür.

“Sənət əsərləri”nin məllifi 62 yaşlı Kim Asmussendir. Keçmiş məktəb direktoru pandemik depressiyanı məğlub etmək üçün xüsusi qar dabanları alıb və irimiqyaslı naxışlar çəkməyə başlayıb.

Pensiyaçı ötən ildən etibarən bu işlə məşğul olur. Bugünədək Asmussen təxminən 20 “qarlı rəsm” yaradıb. Onun şah əsəri isə diametri 400 metr olan bir rəsmdir.

Təəssüf ki, bu əsərlərin ömrü çox qısadır – cəmi bir neçə gün. Ona görə də Asmussen öz “ayaq işlərini” dronla qeydə alır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri