Fev
2021
07:30
10
280
4223
Virtual karabakh

Yola tökülən yanacağı toplamağa çalışan onlarla şəxs yanaraq öldü

9 Fev, 2021
07:30
4223

Yola tökülən yanacağı toplamağa çalışan onlarla şəxs yanaraq öldü

Nigeriyanın Abuca şəhərində yanacaq daşıyan maşının partlaması nəticəsində 11 nəfər həlak olub.

Bu barədə “Daily Post” nəşri məlumat yayıb.

İlkin məlumata görə, yanacaq daşıyan maşının sürücüsü yük avtomobili ilə toqquşmadan yayınmaq üçün sərt manevr edib.

Nəticədə yanacaq daşıyan avtomobil aşıb və yanacaq yola tökülüb.

Yerli sakinlər yanacaq daşıyan maşının ətrafına toplaşaraq sızan yanacağı qablara yığmağa başlayıb.

Bu zaman güclü partlayış baş verib və yaxınlıqda olan 11 nəfər yanaraq hadisə yerində həlak olub.

Daha 10 nəfər müxtəlif yanıq xəsarətləri alıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri