12 
Fev
2021
08:00
132
8
3060
Virtual karabakh

Kimsəsiz adada qalan müasir “Robinzon Kruzo”lar 33 gün sonra xilas edildilər - FOTO

12 Fev, 2021
08:00
3060

Kimsəsiz adada qalan müasir “Robinzon Kruzo”lar 33 gün sonra xilas edildilər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatı ilə Kuba arasındakı Baham arxipelaqındakı boş adada qalan iki kişi və bir qadını xilas edilib.

“Haber Global” məlumat verir ki, həmin şəxslər Kuba vətəndaşları olublar.

ABŞ Sahil Mühafizə heyəti insanların bayraq yellədiyini gördükdən sonra köməyə gəlib.

Xilasedicilərin onları xilas etmək üçün kifayət qədər avadanlıqları olmadığından adaya qida, su və əlaqə saxlaya bilmək üçün vasitə buraxıblar.

33 gün sonra qurtarılan 3 nəfərin tutduqları siçanlarla və böyük ölçüdə kakosla qidalanaraq xilas olduqları bildirilir.

Məlum olub ki, onların qayıqları çevrilib və üzərək adaya çıxıblar.

Həmin şəxslər helikopterlə Floridada sağlamlıq mərkəzinə aparılıblar.

Onların ciddi problemlərinin olmadığı qeyd edilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri