13 
Fev
2021
01:17
25
152
1852
Virtual karabakh

Mayami bələdiyyəsi məvacibləri bitkoin ilə ödəyəcək

13 Fev, 2021
01:17
1852

Mayami bələdiyyəsi məvacibləri bitkoin ilə ödəyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tesla” şirkətinin öz avtomobillərini bitkoin qarşılığında satacağını açıqlamasının ardından, ABŞ-ın Mayami ştatı bələdiyyəsi də dünyanın bir nömrəli kriptovalyutasına olan inamını ifadə edib.

“Hürriyyət”in məlumatına görə, qurumun son iclasında əmək haqlarının bitkoinlə ödənilməsi barədə təklif irəli sürülüb və səs çoxluğu ilə qəbul edilib.

“Şəhərimiz bitkoini pul vəsaiti olaraq qəbul etdi. Artıq bu kriptovalyutaya yatırım etmək imkanımız var. Mayami bələdiyyə komissiyasındakı hər kəsə çox təşəkkür edirəm. Şəhərimiz gələcəyə qucaq açdı”, - deyə Mayami bələdiyyəsinin sədri Frensis Suarez bəyan edib.

Bələdiyyə sədri yaxın gələcəkdə vətəndaşların vergi ödəmələrini də kriptovalyuta ilə həyata keçirə biləcəklərini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri