12 
Fev
2021
19:03
652
13
3767
Virtual karabakh

Dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib

12 Fev, 2021
19:03
3767

Dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib.

“Anadolu Agentliyi”nin məlumatına əsasən, “Motsart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.

Xilasetmə əməliyyatının təfərrüatlı hələ ki açıqlanmır.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri