14 
Fev
2021
18:35
131
36
2289
Virtual karabakh

ABŞ parlamentinin spikeri senatorları qorxaq adlandırıb

14 Fev, 2021
18:35
2289

ABŞ parlamentinin spikeri senatorları qorxaq adlandırıb

Konqresin aşağı palatasının spikeri Nensi Pelosi mətbuat konfransı zamanı impiçment prosedurunda eks-prezident Donald Trampı dəstəkləyən respublikaçı senatorları qorxaq adlandırıb.

Bu barədə “Fox News” telekanalı məlumat yayıb.

“Bu hadisə heç kimdə məsuliyyət hissi yaratmayacaq. Bizim ölkə üçün vacib olan bir məsələdə qorxaq senatorlar hadisəyə layiqincə qiymət verə bilmədilər”, - deyə spiker bəyan edib.

Pelosi bildirib ki, məhz üsyana təhriketmə faktı Kapitolidə bir neçə nəfərin ölümünə səbəb olub.

Xatırladaq ki, ötən gün ABŞ Senatı keçmiş prezident Trampa qarşı üsyana təhriketmə səbəbilə qaldırılan impiçment prosedurunda ona bəraət verib və məhz bu hadisə N.Pelosinin qəzəbinə səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri