23 
Fev
2021
15:03
245
16
1428
Virtual karabakh

Hikmət Hacıyev: “Sanki ölülərdən də intiqam almaq istəyiblər” - FOTO

23 Fev, 2021
15:03
1428

Hikmət Hacıyev: “Sanki ölülərdən də intiqam almaq istəyiblər” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyənin “Anadolu” agentliyinə verdiyi açıqlamada Azərbaycan ordusunun azad etdiyi ərazilərdə bütün qəbiristanlıqların işğalçılar tərəfindən xarabalığa çevrildiyini bildirib.

H.Hacıyevin sözlərinə görə, məzarlara qarşı belə rəftar, onların talan edilməsinə söz tapmaq mümkün deyil.

“Sanki ölülərdən də intiqam almaq istəyiblər. Bu, vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşiliyi görməlidir”, - deyə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Qeyd edək ki, Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərə səfər edən “Anadolu” agentliyinin əməkdaşı 30 il müddətində düşmən tapdağı altında qalmış ərazilərimiz barədə qısa məlumat verib, dağıdılmış məzarları fotokamerasının obyektivinə köçürüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri