25 
Fev
2021
03:10
201
18
1349
Virtual karabakh

Hindistanlı fermerlərdən hökumətə ultimatum: Parkları şumlayıb, əkin əkəcəyik

25 Fev, 2021
03:10
1349

Hindistanlı fermerlərdən hökumətə ultimatum: Parkları şumlayıb, əkin əkəcəyik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda yeni kənd təsərrüfatı qanunlarına etiraz edən fermerlər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə ölkə parlamentini mühasirəyə alacaqları ilə hədələyiblər.

TASS agentliyi xəbər verir ki, bu açıqlama ilə etiraz aksiyalarına rəhbərlik edən “Hindistanlı Fermerlər Birliyi” təşkilatının nümayəndəsi Rakeş Tikait çıxış edib.

“Bu dəfə parlamentin mühasirəyə alınması üçün çağırış olacaq. Bunu elan edərək Dehliyə gedəcəyik. Bu dəfə orada 400 min traktor olacaq!” - deyə kəndlilərin və fermerlərin qurultayında çıxış edən R. Tikait bildirib.

O, əkin əkmək üçün vaxtın yetişdiyini, lakin fermerlərin etirazlarından əl çəkməyəcəklərini, lazım gələrsə, Dehlidəki parkları şumlayaraq orada məhsul yetişdirməyə hazır olduqlarını söyləyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri