25 
Fev
2021
10:30
371
37
5587
Virtual karabakh

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub - VİDEO

25 Fev, 2021
10:30
5587

Paşinyanı ələ salan erməni general vəzifəsindən qovulub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanı vəzifəsindən azad edib. 

Yerli mətbuatın verdiyi xəbərə görə, buna səbəb, generalın “İskəndər” taktiki raket kompleksləri ilə bağlı hökumət başçısının şərhini ələ salması göstərilir. 

Belə ki, bundan əvvəl Nikol yerli mediaya Dağlıq Qarabağda gedən müharibə zamanı Azərbaycana qarşı “İskəndər” taktiki raket komplekslərindən istifadə edilməsi və onun “partlamaması” və ya “10 faiz partlaması” barədə açıqlama vermişdi. Paşinyan bununla keçmiş Prezident Serj Sarqsyanın “hələ döyüş əməliyyatlarının başlanğıcında erməni hərbçilərinin “İskəndər”dən istifadə etməli olduğuna” dair ittihamına cavab vermişdi. 

General-leytenant Xaçatryan isə öz növbəsində, jurnalistin “İskəndər” raketinin doğrudanmı 10 faiz partlaması ilə bağlı sualına istehza ilə cavab verib. “Əlbəttə mümkün deyil... Necə?... “İskəndər”?... Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”. 

Buna münasibətində Ermənistanın Müdafiə Nazirliyi öz açıqlamasında Baş Qərargah rəisinin birinci müavininin sözlərinin jurnalist tərəfindən təhrif olunduğunu və mətnin oxucuya tam təqdim edilmədiyini, bilərəkdən yanlış təəssürat yaratmaq məqsədi daşıdığını qeyd edib. Nazirliyin sözlərinə görə, bunu informasiya təxribatı kimi qiymətləndirmək olar. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri