25 
Fev
2021
11:24
154
10
727
Virtual karabakh

İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar

25 Fev, 2021
11:24
727

İsveçrədəki soydaşlarımız cenevrəli deputatları sülhə səs verməyə çağırıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurası Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Cenevrə kantonu parlamentinin üzvlərinə müraciət edib.

Bu barədə Diasporla İş Üzrə dövlət Komitəsi məlumat yayıb.

Müraciətdə təəssüflə qeyd edilib ki, ötən il erməni əsilli deputat tərəfindən Cenevrə kantonunun parlamentinə “Dağlıq Qarabağ Respublikası”na müstəqillik statusunun verilməsinə dair R936 saylı qətnamə layihəsi təqdim olunub. 30 ilə yaxın dönəmdə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar, azərbaycanlılara qarşı etnik təmizləmə və terror siyasəti apardığı, 1 milyona yaxın azərbaycanlının doğma torpaqlarından didərgin salındığı, Qarabağın Ağdam şəhərinin “Qafqazın Xirosiması”na çevrildiyini xatırladan soydaşlarımız cenevrəli deputatları bu qətnamə layihəsinə səs verməməyə çağırıblar. 

“İsveçrədə yaşayan azərbaycanlılar olaraq sizi sözlə inandırmağa çalışmırıq. Səsvermədən öncə bir dəqiqə susub, Birinci Qarabağ müharibəsi ərzində həlak olmuş 25 min, İkinci Qarabağ müharibəsində həlak olmuş 6 min insan haqqında fikirləşməyinizi xahiş edirik. Hər iki müharibə Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində aparılıb. İnsanların 30 il öncəki kimi sülh şəraitində yaşamaları üçün xüsusi status lazım deyil”, - deyə soydaşlarımız vurğulayıblar.

Müraciətin sonunda xirosimalı qız Sadako Sasakinin kədərli hekayəsini xatırladan soydaşlarımız deputatlara sülh və müharibəsiz həyat naminə birlikdə kağızdan durna-oriqami düzəltməyi və öz adlarından İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının ünvanına göndərməyi xahiş ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri