25 
Fev
2021
12:36
169
2
687
Virtual karabakh

Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

25 Fev, 2021
12:36
687

Macarıstan hökumətinə Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Macar-Azəri Birgə Dostluq Cəmiyyəti və Azərbaycan Evi ölkənin dövlət qurumlarını 29 il öncə baş vermiş Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Cəmiyyətin sədri və Azərbaycan Evinin direktoru Ramiz Əmirlinin imzası ilə Macarıstan parlamentinə və Xarici İşlər Nazirliyinə ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində Xocalı soyqırımını törədiblər və Avropa dəyərlərini, insan hüquqlarını kobudcasına tapdalayıblar:

“Xocalı əhalisi hərbi toqquşma zamanı deyil, əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmənin nəticəsində qətlə yetirilib. Xocalı soyqırımı zamanı insanlar xüsusi vəhşiliklə öldürülüb, meyitlər təhqirə məruz qalaraq, tanınmaz hala salınıb”.

Qeyd edilib ki, Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırım cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib və bu kütləvi qırğını törədənlərin hələ də məsuliyyətə cəlb olunmaması gələcək cinayətlər üçün münbit zəmin yaradır:

“Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması naminə Xocalıda baş verənlər soyqırımı kimi qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar”. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri