26 
Fev
2021
05:30
249
20
2886
Virtual karabakh

Almaniya parlamentində Rusiya casusu tapıldı

26 Fev, 2021
05:30
2886

Almaniya parlamentində Rusiya casusu tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya Federativ Respublikasının Baş Prokurorluğu ölkə vətəndaşını Rusiyaya casusluq etməkdə günahlandırıb.

“Vestnik Kavkaza” xəbər verir ki, Yens F. adlı şəxs "casus təşkilatı fəaliyyəti” ilə ittiham olunur.

Təqsirləndirilən Yens F. Bundestaqda işləyir, orada elektrik cihazlarını yoxlayır. O, Almaniya parlamentinin binası üçün planlar olan sənədləri əldə edib.

“Təqsirləndirilən şəxs 2017-ci ilin iyul ayının sonu - sentyabr ayının əvvəlləri öz təşəbbüsü ilə Bundestaqın daşınmaz əmlakı barədə məlumatları Rusiya xüsusi xidmət orqanlarına ötürməyə qərar verib”, - deyə Almaniya baş prokurorluğunun açıqlamasında qeyd olunur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri