28 
Fev
2021
03:59
48
246
7857
Virtual karabakh

Bir nəfərdə koronavirus tapıldı, bütün şəhər karantinə alındı

Yeni Zelandiyanın Oklənd şəhərində bir nəfərdə koronavirus aşkar edildikdən sonra şəhər yeddi günlük karantinə alınıb.

DHA xəbər verir ki, mətbuat konfransında çıxış edən Baş nazir Casinda Ardern qadağaların sabahdan qüvvəyə minəcəyini deyib.

Ölkənin qalan ərazisində ictimaiyyətə açıq olan sahələrdə ikinci səviyyəli məhdudiyyətlər davam edir.

“Hamımız bir daha olmaz hissinə qapılırıq. Diqqət etməliyik. Birlikdə bu problemin də öhdəsindən gələcəyik”, - deyə Ardern bildirib.

Qeyd edək ki, 5 milyona yaxın əhalisi olan Yeni Zelandiyada indiyə qədər 2 372 nəfərdə koronavirus qeydə alınıb, 26 nəfər virusdan ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri