28 
Fev
2021
18:22
40
469
1416
Virtual karabakh

İraqda növbəti terror: 7 ölü, 11 yaralı

28 Fev, 2021
18:22
1416

İraqda növbəti terror: 7 ölü, 11 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın Ənbar vilayətinin Ər-Rəmadi şəhərində növbəti terror aksiyası baş verib.

“Al-Sumaria” telekanalının məlumatına görə, avtomobildə quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində 7 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Hadisə yerli özünümüdafiə dəstələri başçılarının İraq hərbçiləri ilə görüşünün keçirildiyi ərazidə qeydə alınıb.

Partlayıcının quraşdırıldığı pikap öncədən hüquq-mühafizə orqanları tərəfindən aşkar olunub. Lakin mütəxəssislər qurğunu zərərsizləşdirməyə çalışarkən partlayış baş verib.

Terror aktının İŞİD tərəfindən törədildiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri