Mar
2021
09:00
41
93
3120
Virtual karabakh

Heç bir iş görmək istəməyən insan özünü kirayə verir

2 Mar, 2021
09:00
3120

Heç bir iş görmək istəməyən insan özünü kirayə verir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaponiyada “Heç bir iş görmək istəməyən adam” kimi tanınan Morimoto Şoji özünü kirayə verərək pul qazanır.

“Anadolu” agentliyinə müsahibə verən 37 yaşlı yaponiyalı deyib ki, 2018-ci ildən bəri müştərilərin sadə istəklərini həyata keçirməklə məşğuldur.

Sosial mediada 260 minə yaxın izləyicisi olan şəxsin sözlərinə görə, universiteti bitirdikdən sonra heç bir yerdə uzun müddət işləyə bilməyib. Bundan sonra heç bir işlə məşğul olmamağa qərar verib. Özünü kirayə verməklə gündəlik 10 min yen (159 AZN) qazanan yaponiyalı müştəriləri ilə yemək yeyir, onları dinləyir və ya yol yoldaşlığı edir.

“Müştərilərim mənə deyir ki, sənə yeni il təbrik mesajı göndərəcəyəm, mənə cavab yazarsan və ya evə qayıdanda mənə yoldaşlıq et. Onlar ailələrinə demək istəmədikləri şeyləri mənimlə paylaşırlar. Hamısına kömək etməyə çalışıram”, - deyə Şoji bildirib.

Xatırladaq ki, 2020-ci ildə Yaponiyanın 20 919 sakini intihar edib ki, bu da 2019-cu illə müqayisədə 3,7 % çoxdur. Ötən ay ölkədə Tənhalıq Məsələləri naziri vəzifəsi yaradılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri