Mar
2021
17:24
45
171
999
Virtual karabakh

Çin Rusiya ilə münasibətlərin xüsusi əhəmiyyətinə diqqət çəkib

1 Mar, 2021
17:24
999

Çin Rusiya ilə münasibətlərin xüsusi əhəmiyyətinə diqqət çəkib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çin və Rusiya arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir və digər ölkələrin hərbi ittifaqları ilə oxşarlığı yoxdur.

“RİA Novosti” xəbər verir ki, bu fikri Çin Milli Müdafiə Nazirliyi bəyan edib.

Çin nazirliyi iki ölkə arasında hərbi sahədə əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirərək, bunu Pekin və Moskva arasındakı tərəfdaşlıq üçün vacib dayaq adlandırıb.

“Tərəflər qeyri-müttəfiqlik, konfrantasiyanın olmaması və bu münasibətlər bəzi ölkələr arasında mövcud olan hərbi kooperativ münasibətlərdən köklü şəkildə fərqlənir”, - deyə bildirilir.

Pekin Rusiya ilə hərbi tərəfdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu vurğulayıb.

Nazirlikdən xüsusilə yüksək rütbəli məmurlar arasındakı təmaslara, hərbi təlimlərə və hərbi-texniki sahədə əməkdaşlığa xüsusi diqqət yetirilməsi təklif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri