Mar
2021
12:43
126
14
3507
Virtual karabakh

“Caliber”: Kadr çatışmazlığı ilə üzləşən Paşinyandan qeyri-adi “çıxış yolu” - FOTO

1 Mar, 2021
12:43
3507

“Caliber”: Kadr çatışmazlığı ilə üzləşən Paşinyandan qeyri-adi “çıxış yolu” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda kadr, xüsusən də sadiq və cəsarətli insanların çatışmazlığı yenidən özünü büruzə verməkdədir.

Bu barədə “Caliber”in “Facebook” səhifəsində dərc edilən məlumatda qeyd olunur.

Yazıda bildirilir ki, Nikol Paşinyan bu dəfə yanacaqdoldurma məntəqəsinin işçisini Dilican şəhərinin meri vəzifəsinin müvəqqəti icraçısı təyin edib.

Həmin şəxs anket məlumatlarında cinsiyyəti göstərən bölməyə “cəsarətli” yazıb və orta ixtisas təhsili aldığı müəssisənin adına düzəliş edib. 

Beləliklə Ermənistanda yanacaqdoldurma məntəqəsinin “cəsarətli” işçisinə mer vəzifəsi tapşırılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri