Mar
2021
17:14
430
14
2444
Virtual karabakh

Məhkəmə Sarkozini günahkar hesab etdi

1 Mar, 2021
17:14
2444

Məhkəmə Sarkozini günahkar hesab etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa məhkəməsi ölkənin eks-prezidenti Nikola Sarkozini korrupsiyada günahkar hesab edib.

BBC xəbər verir ki, Sarkozi 3 il (onlardan iki ili şərti) həbs cəzasına məhkum olunub.

Fransa qanunlarına görə, 2 ildən az real cəza alan insan azadlıqda da qala bilər, lakin bu zaman ona elektron qolbaq taxılır. 

Daha əvvəl, Sarkozi ona qarşı irəli sürülən ittihamları rədd edib və siyasi opponentlər tərəfindən təqib edildiyini bildirib.

Xatırladaq ki, N.Sarkozi Fransaya 2007-2012-ci illərdə rəhbərlik edib.

O, “L'Oreal”ın sahibi Lilian Bettankurun “gizli ianələr”ini istifadə etməklə yanaşı, 2007-ci il prezidentlik kampaniyasını maliyyələşdirmək üçün Liviyadan (o zaman Müəmmar Qəddafi hakimiyyətdə idi) milyonlarla avro almaqda şübhəli bilinir.

Bundan əlavə, prokurorluq Sarkozi və onun o zamankı vəkili Tierri Hersoqun davam edən istintaq haqqında məlumat almaq üçün Jilber Aziberə (keçmiş baş prokuror - red.) Monakoda prestijli bir iş təklif etdiyini iddia edir.

2018-ci ildə Nikola Sarkozi korrupsiyada, qanunsuz kampaniya maliyyələşdirilməsində, dövlət vəsaitlərinin mənimsənilməsindən qazanc əldə etməkdə və 2020-ci ilin oktyabrında “sui-qəsddə iştirakda” günahlandırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri