Mar
2021
20:19
126
35
6370
Virtual karabakh

Ay çəkilməsi Avropanın turizm şəhərində vəziyyəti çətinləşdirib - FOTO

2 Mar, 2021
20:19
6370

Ay çəkilməsi Avropanın turizm şəhərində vəziyyəti çətinləşdirib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Venesiya şəhərində Ay çəkilməsi (qabarma və çəkilmə - Ayın hərəkəti səbəbindən suyun səviyyəsinin periodik olaraq dəyişməsi) kanallarda suyun səviyyəsini aşağı salıb.

“İnterfax” xəbər verir ki, kanallardakı su səviyyəsi 48-55 santimetr aşağı düşüb, bəziləri isə quruyub.

İki ay əvvələ qədər İtaliyanın turizm şəhəri qabarmadan əziyyət çəkirdi: San Marko meydanını su basmış, mağazalar maddi ziyanı hesablayırdılar. İndi isə başqa problem yaranıb. Az sayda turistin qondola (qayıq) ilə gəzintisinə də icazə verilmir.

Yerli əhalinin şəhərdə hərəkəti də çətinləşib, çünki Venesiyada bir çox insan əsas nəqliyyat vasitəsi kimi qayıqlardan istifadə edir. Qayıqlar Böyük Kanal boyunca hərəkət edir, lakin o da nəzərəçarpacaq dərəcədə dayazlaşıb.

2018-ci ildə kanallardakı suyun səviyyəsinin 66 santimetr, 2008-ci ildə isə 83 santimetr azaldığı vurğulanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri