Mar
2021
13:18
270
8
1684
Virtual karabakh

Türkiyə kəşfiyyatçılarının uğurlu əməliyyatlarına 2,5 milyard lirə xərclənib

2 Mar, 2021
13:18
1684

Türkiyə kəşfiyyatçılarının uğurlu əməliyyatlarına 2,5 milyard lirə xərclənib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) koronavirus epidemiyasının kölgəsində keçən 2020-ci ildə beynəlxalq arenada şəklini dəyişən təhdidlərə qarşı uğurlu işlərə imza atıb. Bu fəaliyyətlər zamanı təşkilat təqribən 2,5 milyard lirə (568 359 000 AZN) xərcləyib.

“Hürriyet”in məlumatına görə, bu barədə MİT rəhbəri Hakan Fidan bəyan edib.

“Təşkilatımız 2020-ci ildə münaqişə bölgələrində ölkəmizin milli maraqlarına uyğun olaraq əməliyyatlar keçirib, xarici kəşfiyyat sahəsindəki təsirini artırıb, terrorizmlə mübarizəni beynəlxalq səviyyədə icra edib, ölkəmizə qarşı casusluq fəaliyyətlərini ifşa edib”, - deyə hesabatda vurğulanıb.

Sənəddə MİT-in fəaliyyəti ilə bağlı detallar olmayıb, lakin xərclər barədə qısaca məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri