Mar
2021
17:06
561
30
4077
Virtual karabakh

Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı

2 Mar, 2021
17:06
4077

Lukaşenko Rusiya ilə Belarusun birləşməsinə qarşı çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya o qədər dəyişib ki, Rusiya ilə Belarus arasında birləşmə ehtimalını ciddi şəkildə düşünmək ağılsızlıq olardı.

“Sputnik” agentliyi xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

Fevralın 22-də Soçidə Vladimir Putinlə görüşü barədə danışan Belarus lideri bildirib ki, müzakirə iki ittifaq dövləti kontekstində gedib.

“Münasibətlərimizin indi hansı səviyyədə olduğunu və gələcəkdə haralara qədər gedib çıxa biləcəyimizi müzakirə etmişik”.

A.Lukaşenko həmçinin Rusiyaya qoşulma və ya birləşmə ilə bağlı məsələlərə də münasibət bildirib.

“Biz suveren və müstəqil bir dövlətik. Dünya o qədər dəyişib ki, bu istiqamətdə fəaliyyət göstərmək belə ağılsızlıq olardı”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri