Mar
2021
22:12
636
48
3540
Virtual karabakh

ABŞ Navalnı ilə bağlı Rusiyanın bir neçə yüksək ranqlı məmuruna sanksiya tətbiq edib - YENİLƏNİB

2 Mar, 2021
22:12
3540

ABŞ Navalnı ilə bağlı Rusiyanın bir neçə yüksək ranqlı məmuruna sanksiya tətbiq edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Ticarət Nazirliyi sanksiyaya məruz qalan şəxslərin siyahısını açıqlayıb.

Siyahıda beş yüksək ranqlı məmurun adı var. Bunlar Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Baş prokuror İqor Krasnov, Prezident Aparatının daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popovdur.

Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.

19:23

ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlardan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.

“Bundan sonra adıçəkilən şirkətlərlə bağlı istənilən məhsulun ixracı və ya təkrar ixracı ABŞ-ın sanksiyalarının təsirinə məruz qalacaq. Daha dəqiq desək, onlara ixrac lisenziyası verilməyəcək”, - deyə hökumət rəsmisi bildirib.

Bununla yanaşı, yeddi Rusiya məmuruna qarşı da sanksiya tətbiq olunub. Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri