Mar
2021
16:36
199
12
1959
Virtual karabakh

Çavuşoğlu: “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir” - VİDEO

3 Mar, 2021
16:36
1959

Çavuşoğlu: “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etməkdir” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransı keçirib.

“Haber Global” məlumat verir ki, M.Çavuşoğlu mətbuat qarşısında çıxış edərək Azərbaycanın təklif etdiyi “3+3” platforması barədə danışıb.

Türkiyənin XİN başçısı bildirib ki, “3+3” platformasının məqsədi regionda sülhü dayanıqlı etmək və logistik, iqtisadi, enerji sahələrində layihələrlə bağlı addımlar atmaqdır.

M.Çavuşoğlu Cənubi Osetiya və Abxaziya problemləri ilə bağlı Gürcüstanın mövqeyinə hörmətlə yanaşdıqlarını bildirərək çoxtərəfli formatda danışıqların bu ölkə üçün faydalı ola biləcəyini dilə gətirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri