Mar
2021
07:40
97
16
1475
Virtual karabakh

İsveçdə narkotacirin evindən Pikasso, Şaqal və Uorxolun əsərləri tapıldı

4 Mar, 2021
07:40
1475

İsveçdə narkotacirin evindən Pikasso, Şaqal və Uorxolun əsərləri tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsveçdə narkotacirin evində aparılan axtarışlar zamanı zinət əşyaları, bahalı mebel və avtomobillər, həmçinin Pablo Pikasso, Mark Şaqal və Endi Uorxol kimi məşhur rəssamların əsərləri və digər incəsənət nümunələri aşkar edilərək müsadirə olunub.

Bu barədə TASS İsveç polisinin yaydığı bəyanata istinadən məlumat verib.

Hadisə Helsinqborq şəhərində baş verib. Şübhəli şəxs İspaniyadan İsveçə külli miqdarda narkotik maddələrin gətirilərək satışının təşkilində ittiham olunur.

Onun İspaniyada böyük narkobaronlardan biri olduğu qeyd edilir.

Əməliyyatın İspaniya polisi ilə birgə həyata keçirildiyi bildirilir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri