Mar
2021
08:55
41
7
757
Virtual karabakh

Konqresin iclası Kapitoliyə hücum təhlükəsinə görə keçirilmədi

5 Mar, 2021
08:55
757

Konqresin iclası Kapitoliyə hücum təhlükəsinə görə keçirilmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Konqresinin Nümayəndələr Palatası martın dördündə keçirilməsi nəzərdə tutulan iclasını ləğv edib.

Bu barədə “Washington Post” məlumat yayıb.

Qərara səbəb təhlükəsizlik xidmətinin Kapitoliyə hücum təhlükəsi barədə xəbərdarlıq etməsi olub.

Qəzet qeyd edir ki, sağ radikallar martın dördünü ABŞ-ın keçmiş prezidenti Donald Trampın ikinci müddətə and içəcəyini “həqiqi andiçmə günü” adlandıraraq yalan məlumatlar yayırlar. Kapitoli polisindən bildirilib ki, artıq bir sıra ekstremistlərin sözügedən tarixdə konqresə soxulmaq planları barədə informasiyalar var.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri