Mar
2021
06:37
12
114
1165
Virtual karabakh

COVID-19: Artıq çəki risk faktorudur - VİDEO

Artıq çəkidən əziyyət çəkən insanlar risk qrupuna daxil edilməli və koronavirusa qarşı vaksinasiya prosesində bu amil nəzərə alınmalıdır.

“Euronews” xəbər verir ki, piylənməyə qarşı mübarizə üzrə Beynəlxalq Federasiya belə bəyanatla çıxış edib. Qurum öz təklifini dərc etdiyi hesabatla əsaslandırıb.

Sənədə əsasən, əhalisinin yarıdan çoxu artıq çəkidən əziyyət çəkən ölkələrdə COVID-19 üzrə ölüm əmsalı daha yüksəkdir. Belə ölkələrə misal olaraq, ABŞ, İtaliya və Britaniya göstərilir.

“Hökumətlərin bu problemə daha ciddi yanaşması vacibdir. Rəsmilər piylənməyə qarşı mübarizədə bizim təkliflərimizi qəbul etməli, artıq çəkini diaqnostika və müalicəyə ehtiyacı olan bir xəstəlik kimi tanımalıdırlar. Pandemiya bizim haqlı olduğumuzu sübut etdi”, - deyə Beynəlxalq Federasiyanın departament direktoru Barata Kavalkanti bildirib.

Təşkilatın hesablamalarına əsasən, karantinlə əlaqədar əhalinin fiziki aktivliyinin azalması dünya iqtisadiyyatına 6-7 trilyon dollar dəyərində zərər verəcək.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri