Mar
2021
04:00
265
22
3268
Virtual karabakh

Rusiyada 53 oğlan uşağına cinsi təcavüz etmiş din xadimləri saxlanılıb

5 Mar, 2021
04:00
3268

Rusiyada 53 oğlan uşağına cinsi təcavüz etmiş din xadimləri saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Yəhudi muxtar vilayətində azyaşlı uşaqlara qarşı cinsi istismarda ittiham olunan din xadimləri saxlanılıb.

“RİA Novosti” xəbər verir ki, hələ 2019-cu ilin noyabr ayında vilayət sakini Amurzet kəndindəki müqəddəs İlya məbədinin 39 yaşlı rahibini uşaqbazlıqda günahlandıraraq, yerli hüquq-mühafizə orqanlarına müraciət edib.  

Aparılan ilkin istintaq tədbirləri nəticəsində, rahibin 2007-ci ildən bəri məbəddə təhsil alan 12-16 yaş arası 53 oğlan uşağına qarşı cinsi istismar hərəkətlərinə yol verməsi müəyyən olunub. Bəzi hallarda ona bu iyrənc əməlləri törətməsində məbədin 26 yaşlı zəngçisi də yardım edib.

Hazırda hər iki din xadimi saxlanılıb. Onların məhkəmə qarşısına çıxarılacağı bildirilir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri