Mar
2021
10:26
324
11
2219
Virtual karabakh

Rusiyada Türkiyə bayrağını yandıran şəxs inzibati məsuliyyətə cəlb edildi

5 Mar, 2021
10:26
2219

Rusiyada Türkiyə bayrağını yandıran şəxs inzibati məsuliyyətə cəlb edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Kemerovo vilayət sakini Türkiyə bayrağını yandırıb.

Bu barədə Avoka.do Kemerovo Rayon Məhkəməsinin mətbuat xidmətinə istinadən məlumat yayır.

Bildirilir ki, 2020-ci ilin oktyabrında “Odnoklassniki” sosial səhifəsinin istifadəçilərindən biri paylaşımında Türkiyə və Azərbaycan sakinlərini təhqir edib. O, eyni zamanda, radikal şəkillər də paylaşıb.

Prokurorluğun araşdırması nəticəsində müəyyən olunub ki, kişinin ifadələrində həqiqətən müəyyən bir milliyyətə qarşı mənfi yanaşmalar var. Türkiyə bayrağının yandırılması ilə bağlı foto dövlət rəmzinə təhqir və müəyyən cəmiyyətə qarşı nifrət, hörmətsizlik kimi qəbul edilib.

Məhkəmə qərarı ilə həmin şəxs günahkar hesab olunub.

O, inzibati qaydada 10 min rubl (228 AZN) məbləğində cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri