Mar
2021
19:47
40
198
1387
Virtual karabakh

Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkan qeydə alınıb

5 Mar, 2021
19:47
1387

Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkan qeydə alınıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada gün ərzində 100-dən çox zəlzələ və yeraltı təkanlar baş verib.

Bu barədə ABŞ Geoloji Tədqiqat (USGS) Xidməti məlumat yayıb.

Bildirilir ki, Çin, İspaniya, Yaponiya, Türkiyə, Nikaraqua və İslandiyada müxtəlif gücdə titrəmələr müşahidə edilib.

Çərşənbə günü Yunanıstanda 6.0 bal gücündə zəlzələ baş verdi. Lakin, cümə axşamı ölkə ərazisi yenidən silkələnib. Yeraltı təkanlar 5.9 bal gücündə olub. Yunanıstanlı seysmoloqlar ölkənin mərkəzi hissəsində, Elassondaki ikinci böyük zəlzələnin nadir hadisə olduğunu deyirlər. Onlar hesab edir ki, bu, yer təbəqəsində növbəti qırılmanın meydana çıxması səbəbindən baş verə bilər.

Kamçatka sahillərində də 5.0 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Daha bir təkan Kuril adalarında 6.1 bal gücündə qeydə alınıb.

Cümə axşamı günü ən güclü zəlzələlər Yeni Zelandiya sahillərində qeyd olunub. Zəlzələlər 7.3-8.1 bal arasında dəyişib. Ərazidə Peru və Çili səlahiyyətliləri tərəfindən sunami təhlükəsi elan edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri