Mar
2021
18:10
27
268
4840
Virtual karabakh

Tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşadı - FOTO

6 Mar, 2021
18:10
4840

Tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşadı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İrlandiyanın Kouv şəhərinin sakini tənhalıq qorxusundan illərlə arvadının skeleti ilə yaşayıb.

Bu barədə “The Sun” xəbər yayıb.

Melli həyat yoldaşı Kristina barədə soruşanlara onun xaricdə olduğunu deyib. Bununla birlikdə, qonşuların çoxu, ümumiyyətlə qadının varlığından xəbərsiz olub.

Təqaüdçünün cəsədi bir neçə gün əvvəl tapılıb. Melli onun ölümü barədə hökuməti məlumatlandırmayıb. Bu səbəbdən qadın vaksinasiya üçün gəlməyəndə tibb işçiləri narahat olub. Həkimlər cütlüyün qonşuları ilə görüşüblər, ancaq onlar Kristina Melli adlı birini tanımadıqlarını, göstərilən ünvanda isə ancaq Deniel Mellini gördüklərini bildiriblər.

78 yaşlı Daniel Melli təbii səbəblərdən ölən arvadının itkisinə dözmək və ölümündən sonra onunla ayrılmaq istəmədiyini deyib.

Hüquq-mühafizə orqanları qadının ölüm səbəbləri ilə bağlı istintaqa başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri