Mar
2021
04:55
13
370
4858
Virtual karabakh

22 il törətmədikləri cinayətə görə həbsdə yatdılar

Nyu-Yorkda üç məhbusun 22 illik həbsxana həyatından sonra təqsirsiz olduğu müəyyən edilib və onlar azadlığa çıxıblar.

REN TV xəbər verir ki, Corc Bell, Roan Bolt və Qeri Conson qəbzlərin oğurlanması, həmçinin ofis əməkdaşının və polis məmurunun qətlə yetirilməsində günahkar bilinərək həbs ediliblər.

Bütün bu illər ərzində məhkəmə müdafiə tərəfinin təqdim etdiyi dəlillərlə əlaqədar bir neçə dəfə işə tezədən baxıb.

Təqdim edilən dəlillərin birində bu cinayətə görə günahını etiraf edən digər dəstə üzvlərindən birinin ifadəsi qeyd olunub.

Hazırda azadlığa buraxılan şəxslərin əvəzinə hələ heç kimin həbsxanaya göndərilmədiyi bildirilir.

İstintaq günahkarları tapmaq istiqamətində fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri